22 Sentyabr 2019 13:32
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə “Azəriqaz” İstehsalat Birliyinin 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır.

Azəriqaz İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb.

Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər