4 Noyabr 2019 11:41
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndicə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevi yoluxdum. İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reanimatoloqla onun vəziyyəti barədə söhbət etdim.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, O.Gülalıyevin vəziyyəti ağır sabitdir, dərin komadadır, intensiv müalicəsi gedir:

“Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostlarına onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır. Allah şəfa versin”.


Müəllif: Səxavət