Deputat Qənirə Paşayeva sosial şəbəkələrdə qaqauz türklərinin milli geyimində fotosunu paylaşıb.
Teleqraf.com-un məlumatına görə, Q.Paşayeva qeyd edib ki, qaqauz türkləri onu səmimi qarşılayıb və Qaqauziyada özünü evində hiss edib:
“Qaqauz türkləri, demək olar ki, bizimlə eyni ləhcədə danışır, çox az fərqlər var. Fərqimiz sadəcə onların xristian, bizim isə islam dinində olmamızdır. Adət-ənənələrin əksəriyyəti eynidir. Çox qonaqpərvərdirlər. Mənə Qaqauz türkü qadınlarının milli geyimini hədiyyə etdilər və sonra çox incə bir şəkildə “geyinərsinizmi?” deyə soruşdular. Mən “əlbəttə, böyük məmuniyyətlə” dedim. Fotonu çəkəndə qaqauz türkünə bənzəyirsiniz söyləyəndə “doğrudur siz də Azərbaycan türklərinə çox bənzəyirsiniz” dedim və gülüşdük. Qaqauziya və qaqauz türkləri ilə bağlı kitabımı inşallah dekabr ayında təqdim edəcəyəm. İnanıram ki, insanlarımız üçün maraqlı olacaq. Hər kəsə Qaqauziyadan salamlar”.
Kəmalə