7 Noyabr 2019 19:37
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Teleqraf.com-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Bununla belə, hesabat dövründə Günəş küləyi parametrlərində ötən dövrə nisbətən güclənmə müşahidə olunub.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir olub.

Sabah və noyabrın 9-da kosmik hava proqnozuna gəlincə, Günəş fəallığının çox aşağı səviyyədə qalacağı qeyd edilir.

Proqnoz dövründə Günəş küləyi parametrlərinin də sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə (08 - 09 noyabr) geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər