14 Noyabr 2019 12:12
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti illərdə 110 yeni istilik məntəqəsinin, 84 qazanxananın yaradılması nəzərdə tutulub. Bununla 950-yə yaxın yeni iş yerləri yaradalacaq.

Teleqraf.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, bu gün səhmdar cəmiyyətinin bütün diqqəti istlik mövsümünün başlanması üçün tədbirlərə yönəlib:

“Noyabrın 1-dən artıq dağ rayonlarında istilyin verilməsinə başlanılıb. Bu il Bakı şəhərində 190 minə yaxın mənzilə istilik veriləcək. Həmçinin, 290 məktəb, 1600-ə yaxın digər sosial müəssisə də istiliklə təchiz olunacaq. Deyə bilərəm ki, sistem fəaliyyətə tam hazırdır. Dünəndən artıq işə salınıb. Bu gün də proses davam etdiriləcək. Sabah günortadan etibarən artıq tam işə düşəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər