Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən, nazir və komitə sədrləri regionlarda vətəndaşların qəbulunu davam etdirir.
Teleqraf.com-un xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev bu gün Ağdamın Quzanlı qəsəbəsində vətəndaşlar üçün qəbul keçirib.
Qəbul Quzanlıda yeeləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Qəbulda Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Tərtər rayonlarının sakinləri iştirak edib.
Qəbul zamanı sakinlər əsasən, sağlamlıq problemləri, işlə təminat məsələlərinin həlli ilə bağlı müraciətlər ediblər. Nazir tərəfindən ümumilikdə 50 nəfərin müraciəti dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Daşqın Abdullayev