7 Dekabr 2019 10:21
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Bunu Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Həmçinin Yevda Abramovun qızı Bəsti Yusifova deputat Abramovun dəfn mərasiminin gecikməsinı aydınlıq gətuirib:

"Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil. Ona görə də, atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də həyata keçiriləcək".

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu./report/


Müəllif: Teleqraf.com