Türkiyə Respublikasının Ərzurum şəhərində 25-27 sentyabr 2014-cü ildə keçiriləcək Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov başda olmaqla institutun bir qrup əməkdaşı iştirak edəcəklər.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, Yaqub Mahmudov simpoziumun Onur Kurulunda, institutun əməkdaşı İradə Məmmədova isə Bilim Kurulunda təmsil olunub.
Sentyabrın 25-də beynəlxalq simpoziumun plenar iclasında Yaqub Mahmudov məruzə edəcək.
İnstitutun əməkdaşları, elmi işlər üzrə direktor müavini, Cəbi Bəhramov “Birinci Dünya müharibəsində Böyük Güc dövlətlərinin hərbi və siyasi planlarında neftin rolu”, Güntəkin Nəcəfli “Erməni dövləti qurmaq siyasətinin acı nəticələri: Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar”, İradə Məmmədova “XIX əsrin birinci yarısında Rusiya və İranın Qafqaz siyasəti”, Nərminə Əmirbəyova “XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazda hərbi əməliyyatları”, Aynur Əmənova “Urmiyada ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar (1918)”, İradə Əliyeva “Rusiya imperiyasının Cənubi Qafqazı işğalı zamanı ingiloylar”, Nigar Camalova (Abuşova) “Birinci Dünya müharibəsinin sonuna doğru Qafqazda Ermənistan Respublikasının yaradılması” mövzularında maraqlı məruzələrlə çıxış edəcəklər.
NİGAR