11 Yanvar 2020 17:05
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dia.az saytının baş redaktoru Məhəmməd Ərsoyun namizədliyi qeydə alınıb.

Bununla bağlı açıqlama verən Məhəmməd Ərsoy bildirib ki, vətənini, millətini sevən bir gənc olaraq yenidən namizəd olmaq qərarını verib:

"2005-ci ildə Mingəçevirdən 47 saylı dairədən deputatlığa namizəd olmuşdum. Böyük fərqlə qalib gəlsəm də, qələbəm rəsmən tanınmadı. İndi isə yenidən seçkilərə qatılmaq qərarını verdim.

Nə 2010-cu ildə, nə də 2015-ci ildə namizəd olmadım. Çünki artıq seçki sisteminə inamım qalmamışdı. Amma indi inanıram və Prezidentimin çağırışına söykənərək bu seçkilərdə yenidən 47 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm.

Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər