23 Sentyabr 2014 12:31
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən “Məişət zorakılığına məruz qalmış gənc qadınlara dəstək” layihəsinin icrası başa çatıb.

Teleqraf.com xəbər verir ki, layihənin əsas məqsədi məişət zorakılığına məruz qalan gənc qadınlara psixoloji və sosial dəstəyin göstərilməsi və bu mövzuda hüquqi maarifləndirmə işinin həyata keçirilməsi idi.

Layihə çərçivəsində məişət zorakılığına məruz qalmış gənc qadınlarla fərdi psixoloji iş aparılıb.

Layihə çərçivəsində sosial iş, psixologiya və tibb təhsili alan 60 tələbə üçün məişət zorakılığı mövzusunda təlimlər keçirilib. Təlim iştirakçılarına bukletlər və Azərbaycan Gənclər Fondunun loqosu ilə hazırlanmış köynəklər paylanılıb. Layihənin əsas məqsədi məişət zorakılığı mövzusunda maarifləndirmə olduğundan ictimai yerlərdə müxtəlif yaş qruplarından olan insanlara, xüsusilə də gənclərə bukletlər paylanılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər