30 Yanvar 2020 11:55
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdə hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə yaxın uşaq təhkim olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

V.Qurbanov artıq 1 aya yaxındır ki, şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiq edildiyini vurğulayıb:

"Yanvarın 1-dən şimal rayonlarında əhali icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb. Nəticələr qənaətbəxşdir. Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib".

Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünü azaltmaq olduğunu deyən V.Qurbanov aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacağını deyib.

Departament rəhbəri qeyd edib ki, iki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə üz tutduqda, ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır.

V.Qurbanov bildirib ki, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir: "Vətəndaş xəstəxanaya müraciət edərək "mənim burada yatmağıma icazə verin" deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidirlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər