Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Stansiyanın baş həkiminin müavini Oktay Şahmalıyev ANS PRESS-ə açıqlamasında belə deyib.
Onun sözlərinə görə bayram günlərində təcili yardım stansiyalarına daxil olan çağırışların sayı artdığından, tibbi briqadaların sayı, dərman ehtiyatı artırılacaq və işə nəzarət gücləndiriləcək.
Qeyd edək ki, sentyabr ayı ərzində stansiyaya 2000 çağırış daxil olub. Çağırışlar əsasın ürək-damar sistemində problem olan şəxslərlə bağlı olub.