24 Sentyabr 2014 16:05
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təcili tədbirlər görülmədiyi təqdirdə gələn ilin yanvar ayının sonuna qədər Ebola virusundan əziyyət çəkənlərin sayı 1,4 milyon nəfərə çatacaq.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzi (CDC) açıqlama verib.

CDC hazırda virus daşıyan 5800 nəfərin böyük risk yaratdığını, sürətlə yayılan Ebolanın ən azı 550 min insana yoluxa biləcəyini qeyd edib.

Həmçinin CDC Dünya Səhiyyə Təşkilatının virusdan 2800 nəfərin həyatını itirdiyi açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər