Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.
Teleqraf.com-un məlumatına görə, fevralın 5-də Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşayan 1978-ci ildə anadan olmuş Kərimova Səbinə Cümşüd qızı Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan 2007-ci il təvəllüdlü oğlu Kərimov Nicat Rafael oğlu yanvarın 29-da saat 22:00 radələrində yaşadığı evdən çıxıb getmiş və bir daha geri qayıtmayıb.
Kərimov Nicat Rafael oğlu fevralın 6-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.