Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Vüqar Xəlilov Şəki Şəhər-Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.
V.Xəlilov daha əvvəl Şəki ŞRPŞ-də şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsində çalışıb. (oxu.az)