“Mənə göstərilən etimada görə universitet rəhbərliyinə təşəkkür edirəm. İşimə hələ yeni başlamışam”.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Dövlət Universitetinin yeni mətbuat katibi Günel Orucəliyeva deyib.
O, təyinatın gözlənilməz olduğunu deyib: “Təbii ki, belə bir planım yox idi. 2010-cu ildən Jurnalistika fakültəsində çalışıram, işlədiyim müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Universitetin mətbuat xidməti ilə sıx əməkdaşlığmız olub. Hazırda əsas məqsədimiz ictimaiyyətlə əlaqələri yüksək səviyyədə qurmaq, mətbuatla sıx əməkdaşlıq etmək, medianı lazımı imformasiyalarla təmin etməkdir”.