29 Fevral 2020 11:22
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alterativ Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov özünün Feysbuk səhifəsində məlumat yayıb.

İlqar Məmmədov statusunda qeyd edib ki, bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə "Respublika" qonaq evinin konfrans zalında REAL sədri olaraq görüşdüm, söhbət etdik:

“Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər