4 Mart 2020 01:54
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Heç bir mənası qalmayan nəsnələrdən imtina edin. Ciddi yeniliklər sizdən yan keçirsə, hansısa məqamı məcburi olaraq saxlamağa çalışmayın.

Yarımçıq qalan, tamamlanmamış təsir bağışlayan mövzunu bitirin. Fəaliyyətinizə yenidən baxın, yaranmış situasiyadan xeyriniz üçün istifadə edin. Böyük zəhmət və ağır səylər bahasına əldə etdiyiniz nəticə ilə risk etməyin.

Buğa - Telefonu söndürməyin, maraqlandığınız məlumatı internetdə arayın. Aramadığınız informasiyanı da tapa bilərsiniz. Гəfil stress, gözlənilməz reaksiyaya səbəb ola biləcək hadisələr baş verə bilər. Planlar qurmaq çətindir. Sizdən sürətli və orijinal həll, çözüm tələb olunur. Bütün ideya və təkliflərə diqqətlə yanaşın.

Əkizlər - İşlərdə və ya münasibətlərdə mühüm dönüşə səbəb ola biləcək spontan hadisələr yaşana bilər. Dəyişikliklərə hazır olun. Nə etməyinizdən asılı olmayaraq, diqqətli və sərvaxt davranın, nəzarəti itirməyin.

Xərçəng - Xüsusi ehtiyac olmadan təmir işləri aparmaq, evi nəzarətsiz qoymağa dəyməz. Sevdiyiniz insanların yanında olun. Valideynlərinizlə münasibətləri aydınlaşdırmağa çalışmayın, əks təqdirdə səbəbsiz münaqişələr baş verə bilər. Gərginliyin həddini aşağı salın.

Şir - Yeni resurslar və imkanlar arayanda ehtiyatlı olun. İlk baxışdan nəzərə çarpmayan maneələr ciddi çətinliklər yarada bilər.

Toplantı, müzakirə, sövdələşmə və danışıqlar üçün uğurlu gündür. Emosiyaların işə təsir etməsinə imkan verməyin.

Diqqətli olun. İzafi tələbkarlıq və sərtlik göstərməyin. Kreativ olduğunuzu nümayiş etdirin.

Qız - ənənəvi davranış və iş ahənginizi poza biləcək qərarlar qəbul etməyin. Cəsarətli açıqlamalar, ekssentrik davranış və ya gözlənilməz qərar tərəfdaşınızın təəccübünə səbəb ola bilər. Enerji bolluğundan daha məntiqli şəkildə istifadə edin. Fiziki işlə məşğul olun, stressdən qurtulun, əlavə pozitiv effektə nail olmağa çalışın.

Tərəzi - həyatınızdakı rahatlıq və işinizdəki nizam qəfil müdaxilə, kənar təsir ilə pozula bilər. Çoxdan bəri hazırladığınız, uğura istiqamətlənmiş iş qəflətən pozula bilər. Bununla belə, dərhal məşğul olmağınız gərəkən məsələ də peyda olacaq. Ümumi fəaliyyətiniz olan insanların fikirlərindən agah olun, onların dediklərini dinləyin.

Əqrəb - bu gün iş çox olacaq. Gözlənilməz tapşırıqlar istisna deyil. Mühüm situasiyanın məzmunu ilə yanaşı, həmin məsələyə münasibət və yanaşma tərzi də dəyişə bilər.

Planlar pozulur, vəziyyət məcrasından çıxır. Hadisələri əvvvəlki axarına qaytarmaq üçün səy göstərməyiniz tələb olunur. Hisslər və münasibətlər üçün mürəkkəb gündür.

Oxatan - səy göstərin, problemin çözümünü arayın. Sizi narahat edən, hisslərinizdə diskomfort yaradan insanla danışın.

Sükan arxasında, yolda, nəqliyyatda ehtiyatlı olun.

Dostlar və qohumlarla ünsiyyət üçün optimal vaxtdır.

Risk etməyin, cəsarətinizi göstərməyin, təhlükəli məkanlara yollanmayın.

Oğlaq - təxminlənməsi çətin gündür. Əməlləriniz və fəaliyyətinizlə hazırlaşdığınız nəticəni əldə etməyə bilərsiniz. Buna rəğmən günün təmayülləri sizin üçün uğurludur.

Səhvləri asanlıqla aradan qaldırmaq olar. Hər şey planlaşdırdığınızdan da yaxşı variantda alına bilər.
Dəyişməyinizə imkan verin.

Dolça - Münaqişə, mübahisələr, çox baha başa gələ biləcək etiraf vaxtıdır. Sirr saxlamaq istədiyiniz hadisə barədə xəbərin yayılmasına imkan verməyin.

Yaxın ətrafınızdakı insanlarla ünsiyyət sürprizlər vəd edir. Məqsədə doğru cari şərtlərin köməyi ilə hərəkət edin. Hədəfə irəliləyiş çox incə qarşılıqlı fəaliyyət çərçivəsində mümkün ola bilər.

Balıqlar - xoş təəssüratlar və müsbət emosiyalar vəd edən gündür. Planlaşdırılmamış hadisə, nəzərdə tutulmayan görüş baş tuta bilər. Səhər saatlarından etibarən yaşamın axarına hazır olun. Yeni insanlarla tanışlıq, bilik və təcrübə əldə edilməsi üçün əlverişli gündür. Xeyli vaxtdır sizi narahat edən məsələ qəflətən həllini tapa bilər.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər