İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib.
Teleqraf.com-un məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin demək olar ki, yarısını təşkil edir:
“Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Martın 9-dək olan müddət ərzində bu proses tam olaraq yekunlaşacaq”.
C.Valehov dezinfeksiya işlərinin digər təhsil müəssisələrində də aparıldığını söyləyib.