19 Mart 2020 09:14
3 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” adlı rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu və ya Azərbaycana bağlılığını çox az insanın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatları təqdim edirik.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs hazırda İngiltərədə yaşayır, dünya ədəbiyyatının tanınmış simalarından biridir. Azərbaycanlı ailəsində doğulan Kori Doktoroudan bəhs edirik.

Kori Doktorou fantast yazıçıdır. Altı nəşr edilmiş romanı müxtəlif antologiyalar və jurnallarda yayımlanıb.”Kiçik qardaş” adlı romanı 2009-cu ildə nüfuzlu “Hüqo” mükafatına namizəd göstərilib.

Kori Doktorou 1971-ci ildə Kanadada trotskiçi müəllim ailəsində doğulub: anası ibtidai sinif müəllimi, atası isə Nova Universitetində kompüter elmləri doktoru kimi çalışıb. Atası Qdalya Doktoroviç (Yevgeni Abramoviç) 1946-cı ildə Azərbaycanda anadan olub, valideynləri buradan Belarusa köçüblər. Yevgeni öz ailəsi ilə ABŞ-a gəldikdən sonra Qordon Doktorou adını götürüb. Lakin burada da qərar tuta bilməyən ailə Kanadaya üz tutur. Kanadada keçən illərdə anası Roza Doktorou Toronto və Nova universitetlərində çalışıb, professor elmi dərəcəsinə yüksəlib.

Kori heç birini bitirmədən dörd universitetdə oxuyub. Erkən gənclik illərində nüvə tərksilah hərəkatı və ətraf mühit təşkilatlarının (Greenpeace) fəaliyyətlərində iştirak edib. Hazırda Londonda işləyir, Elektron Sərhəd Fondu adlı hüquq müdafiə təşkilatının koordinatoru vəzifəsini icra edir. Kori Doktorou hüquqşünas kimi, əqli mülkiyyət hüquqlarının böyük ölçüdə yumşaldılmasında israrlıdır.

O, 2008-ci ildə hazırkı həyat yoldaşı Elis Teylorla evlənib, bir qızı var.

Hekayələr, roman və esselər yazır.

Doktorouya görə, müəllif hüquqları ilə bağlı qanunlar genişləndirilməlidir ki, hər cür rəqəmsal mətnin pulsuz mübadiləsi qanuni olsun.

Kori Doktorounun “Sehirli krallıqda aşağı və çölə” adlı əsəri ilk romanıdır.

O, 2000-ci ildə “Ən yaxşı yeni fantastika yazıçısı” nominasiyasında “Con Kempbell” mükafatını alıb. Bundan başqa, 2003-cü ildə “Sehrli krallıqda aşağı və çölə” romanı üçün “Ən yaxşı birinci roman” nominasiyasında “Lokus”, “Kanadanın ən yaxşı kitabı” üçün “Sunburst” mükafatlarının sahibi olub.

Dokorou 2008-ci ildə ən məşhur əsərlərindən biri “Kiçik qardaş” romanını nəşr edib. Bir il sonra “Hüqo” mükafatına namizəd olub.

Kori Doktorounun ən məşhur əsərlərindən bəziləri:

“Sehrli krallıqda aşağı və çölə”, “Biri şəhərə gəlir, kimisi şəhəri tərk edir”, “Şərqli standart qəbilə”, “Çox əcnəbi və səkkiz daha çox yer”, “Kiçik qardaş”, “Yükləyin”, “Sisadminlər Yer kürəsini idarə etdikdə” və s.

Doktorou çox sayda qeyri-bədii əsərlərin də müəllifidir. Qələmə aldığı qeyri-bədii əsərlərə “Elmi fantastikanı necə yazmaq olar?” adlı ilk kitabı da daxil edilib. Əsərləri “Nyu-York Tayms”, “Mail”, “Globe”, “Vaşinqton Post” və s. kimi dünyanın nüfuzlu nəşrlərində dərc edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər