18 Mart 2020 20:10
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Subliminal mesaj şüura çatma mərhələsini keçməyən, mərhələ altında qalan və canlının nəzər yetirsə də bundan xəbəri olmadığı xəbərdarlıqdır.

Teleqraf.com xəbər verir ki, hiss etdiyimiz, gördüyümüz, amma qavrayış baxımından anlamadığımız hər şey gələcəkdə təkrar istifadə etməmək üçün şüur altına toplanır və hərəkətlərimizə istiqamət verir. Elə bu mərhəldə şüura deyil, amma şüur altına istiqamatlənən motivlər olaraq qarşımıza çıxır. Çünki sıxlıq ərz edən təkrarlar hislərimizə istiqamətlənir. Marketə getdikdə 10 təmizləyici vasitə arasından birini seçib alırıq. Yəni gördüyümüz və eşitdiyimizin fərqində olmadığımız şeylərin şüur altına yeriyərək, bizə o malı satın aldırması şərt halını alır. Yəni biz görmədiyimizi düşündüyümüz şeyləri əslində görürük və şüur altımıza göndərilən mesajlar qərarvermə, ya da fəaliyyətə keçmə mərhələsində fikirlərimizə və davranışlarımıza birbaşa təsir edir.

Şüuraltına istiqamətlənən mesajlar

Şüuraltına təsir etməyi hədəfləyən mesajlara “ Subliminal mesaj “ adı verilir. İnsanın şüur altına subliminal mesaj göndərmənin bir çox üsulu var.

Bunlardan ən çox istifadə olunanlar:

1.Rəqəmsal səs fayllarında gizlədilən eşitdirmə yolları;

2.Gözlə görünməyəcək qədər az müddətdə və sıx görünən qısa anononslar şəklində 25-ci fraqmentlər;

3.Reklam afişaları, loqoları və bənzər üsullar görünən obyektin içinə gizlədilmiş üsul, kəlmə və rəqəmlər.

Bu üsul məhsulun reklamını etməkdən, bir inancın, yaxud baxışın propoqandasını etməyə qərar verən geniş bir yelpik istifadə etməkdədir. Görünüş və eşitmə olaraq şüurlu deyil. Şüuraltı səviyyəsində çatdırılan söz, şəkil, görüntüdən əmələ gəlir.

Bunlardan ən çox istifadə olunanı isə rəqəmsal səs fayllarında gizlədilən səs mesajlarıdır. Üzərində işlənməsi,səslənməsi və yayılması daha asan olduğundan "mp3"sənədləri gizli mesaj üçün əlverişlidir. Bəs sistem necə işləyir?

25-ci fraqment

İnsanın şüuraltına subliminal mesaj göndərmənin bir neçə yolu olduğunu demişdik. Bunlardan biri də 25-ci fraqment üsuludur. Yaxşı, bəs 25-ci fraqment nədir?

Gördüyünüz bir anlıq görüntü, 655 sətir və frame/çərçivə deyilən 24 kiçik fraqmentdən əmələ gəlir. Kino lentində saat, dəqiqə, saniyədən ibarət bir düzülüş vardır. Saniyədən sonra fraqment gəlir və bir saniyə 24 fraqmentdir. Hər 24 fraqment isə bir ekran böyüklüyündəki fraqmenti əmələ gətirir. Hər 327.5 sətirində bir də "control-track" deyilən fasilə vardır. Beləliklə, bu fasilədəki görüntülər montaj olunub, aralarına başqa görüntülər artırılaraq 25-ci fraqmenti əmələ gətirir və son fraqment olan 25-ci fraqment bir anlıqdır. Yəni görüntü saniyədə 1/24 olmalı ikən, bu 1/25-ə qalxır. Fraqmentlər 25 olduğu zaman bir anda görüntü gəlir və o an yox olur. Adətən görünməz, daha doğrusu görülür amma şüuraltında qalır.

25-ci fraqmentin əsas məntiqi də mesajı şüuraltına göndərmək olduğu üçün, artıq dünya kinosunda bu üsulu istifadə etməyən yoxdur. Yəni, sizlər evlərinizdə rahat əyləşib, hər hansı televiziya kanalındakı bir serialı, filmi ya da təbiət aləmini seyr edərkən eyni zamanda 25-ci fraqment şüuraltına göndərilmiş olur.

Yaxşı, göndərmədiyimiz halda 25-ci fraqmentlərdən necə təsirlənirik?

Adamlar onsuz da çəkinmədən bu işi edirlər. Filmlərlə, reklamlarla hər növdə mesajı çatdırırlar. Buna baxmayaraq nə üçün belə gizli fraqmenti tətbiq edirlər?

Cavabı çox asandır. Çünki gördüyümüz zaman bu o qədər də təsirli olmur. Adam şüuraltı bir seçim ilə gördüklərini və ya eşitdiklərini ya rədd, ya da qəbul edir. Çünki bütünlüklə seçim olaraq inkişaf etmiş olur.

Bu elə bir şeydir ki, insan onu görmür, eşitmir, hiss etmir. Yəni, qəbuledici funksiyalarımızın tamamilə altında və ya üstündə yer alır. Belə bir şeyi qəbul, yaxud rədd etmə kimi bir seçimimiz varmı? Əlbəttə yox.

Beləliklə 25-ci fraqmentin və subliminal reklamların məntiqi budur! Hədəfdəki kütlənin şüurlu seçim haqqını işğal edərək, onları gizlicə zəhərləmək!

25-ci fraqment necə və nə zaman aşkara çıxır?

Şüuraltının bütün görüntü, səs və şəkilləri çap etmək xüsusiyyəti 1900-cü illərdən bəri insanları istiqamətləndirmək üçün istifadə olunmaqdadır. 1994-cü illərdə Knight Dunalp adlı amerikalı psixoloji professoru gözbağlayıcılıq səhnəsi edərkən şüuraltı gücü ilə təsvir edə bilməyən “hissedilməz kölgələr “ istifadə edərək, eyni uzunluqdakı 2 cizgini izləyənlərin fərqli ölçülərdə görməsini təmin etmişdi.

Beləliklə burdan hərəkətlə şüuraltını hədəf alaraq mesaj göndərməyi hədəfləyən və adına subliminal mesajlar deyilən bu cür reklamlar ilk dəfə 1950-ci ildə Amerikada meydana gəldi. James Vicary adlı reklam mütəxəssisi, kino teatrlarda tətbiq etdiyi bir təcrübədə sonuncu partlamış qarğıdalı və kola satışlarının artdığını iddia edir. Bu təcrübədə film nümayiş edildiyi zaman salisilik səhnələr halında gözlə görülməyən gizli fraqmentlər və mesajlarda: "partladılmış qarğıdalı ye" və “kola iç" şüarları çıxırdı. İzləyici bunu şüuarla dərkedə bilmədiyi halda, şüuaraltına xitab edən bu şüarlar nəticəsində kola satışlarının yüzdə 18,1 , partlamış qarğıdalı satışlarının isə yüzdə 57.7 artdığı görüldü.

Bu üsulla, şüuraltına istiqamətlənən reklamların təsirliliyi gəlirdə daha effekli olduğu görüldü. Beləliklə o gün bugündür tətbiq edilən 25-ci fraqmentlər sadəcə bir insanı ya da bir kütləni deyil; bütün insanları təhdid etməkdədir.

Əsl hədəf - uşaqlar

Subliminal texnologiya təəssüf cizgi filimlərində, mahnılarda, reklam çarxlarında, filimlərdə qadağan olmayan şəraitdə istifadə olunur. Uşaqlara sevgini,ailə bağlarının möhkəmliyini təmsil etdiyini, məhsum düşündüyümüz cizgi filimləri arasında pornagfarik şəkillər, şiddət ünsürü sayılan videolar bu texnologiya ilə tətbiq olunur. Övladımız hiss etmədən o videoları beyninə mövzu edir və şəxsiyyətinin formalaşdığı o ən ciddi yaş dövründə ( 0-7 yaş arası ) bu görüntülər daxildə şüuraltında toplanır. Xüsusilə "Disney" çəkdiyi cizgi filimlərində cinsiyyət mövzusunu illərdir uşaqlarımızın şüuraltına yeritmişdir.

Subliminal mesajın məntiqi budur:

Subliminal mesajı qısaca “insanın şüuraltına göndərilən gizli mesaj" olaraq da tanıya bilərik.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər