22 Mart 2020 18:53
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyası hazırda sürətlə genişlənməkdədir

Teleqraf.com xəbər verir ki, YAP Gəncə şəhər təşkilatı bəşəriyyət üçün böyük təhlükə yaradan COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə dəstək məqsədi ilə sosial məsuliyyət təşəbbüslərini davam etdirir.

Belə ki, YAP Gəncə şəhər təşkilatı koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 24 min manat vəsait köçürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər