"Təkcə onkoloji xəstələr deyil, hemofiliya, dializ xəstələri də paytaxta gəlir. Xəstələrin bölgələrdən Bakıya gəlişini təmin edən sənədin üzərində iş gedir".
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib: "Onların paytaxta gəlib müalicə alması mexanizmi üzərində qərar yaxında təqdim ediləcək".