8 Aprel 2020 18:00
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bazar iqtisadiyyatı şəraitində qiyməti tələb-təklif amilləri müəyyənləşdirir. Hazırda bu amilə görə maskaların qiymətinin qalxması ehtimalı var.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bugünkü brifinqdə deyib:

"Dövlət qiymətlərə nəzarət edir. Maskaların qiyməti optimal həddə qalacaq. Bunun ən yaxşı yolu istehsalı artırmaqdır. Hazırda maska istehsalı müəssisəsinin günlük idxal günü 200 mindir. Hazırda gündə apteklərə 450 min maska paylanılır.

Xüsusi karantin rejimi insanlara evdə qalmaq tələbi qoyur. Məsuliyyət təkcə dövlət üzərində deyil. Vətəndaş olmağın özü də siyasi məsuliyyətdir".


Müəllif: Aysel Azad