30 Sentyabr 2014 21:12
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edir.

Teleqraf.com xəbər verir ki, "Mənim E hökum@im” adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı videomaterial” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin elan edilməsi üçün BMM-də təqdimat keçiriləcək. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli nümayəndələri, jurnalistlər, ictimai xadimlər iştirak edəcək.

Müsabiqənin məqsədi və vəzifələri:
Dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş kütləyə çatdırmaq.

“Elektron hökumət” portalının (e-gov.az) populyarlığını artırmaq; Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq; Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaq;
Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:

“Elektron hökumət” nədir?

“Elektron hökumət” portalına nə üçün ehtiyacımız var?

Ölkənizdə “Elektron hökumət” necə fəaliyyət göstərir?

“Elektron hökumət”in cəmiyyətimiz üçün faydaları

Müsabiqənin tələbləri və mükafat fondu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Müsabiqə barədə əlavə məlumatları “Elektron hökumət” portalından (www.e-gov.az), eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.

İlhamə


Müəllif:

Oxşar xəbərlər