"İmtahanların ödənişli olması ilə bağlı məsələni dövlət tənzimləyir".
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, şərait imkan versə, ildə iki dəfə qəbul imtahanı (yaz və yay) keçiriləcək:
“Amma mövcud vəziyyət imkan verməsə təbii ki, bir dəfə qəbul imtahanı keçiriləcək. Bu gün üçün bizə hər hansı məhdudiyyət qoyulması barədə heç bir söz deyilməyib. Ümid edirəm ki, hər şey öz qaydasında olacaq”./report/