22 Aprel 2020 18:40
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa qoyulacaq.

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, qadağa təbii su hövzələrində balıq ovuna aiddir:

“Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar aprel ayının 27-dən, sentyabrın 1-dək balıq ovuna qadağa elan edilir. Su Nəqliyyatında Polis İdarəsi tərəfindən balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərdən müəyyən olunan vaxtda və ərazilərdə balıq ovuna qoyulan qadağaya əməl etmələri xahiş və tələb olunub. Bu qadağa həvəskar balıq ovunada şamil edilir. Bu qaydanı pozanlar inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər. Qadağa ilə bağlı pozuntular barədə 012 433 38 02, 012 433 38 22 (faks) nömrələrinə məlumat verə bilərsiniz”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər