24 Aprel 2020 11:54
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Emori Universitetinin Geriatriya və Gerontologiya şöbəsinin müdiri Camilli Vauqxan koronavirusun üç yeni simptomunu aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, normadan artıq yatmaq, yeməkdən imtina və diqqətsizlik koronavirusun yeni əlamətləri kimi qeydə alınıb. Tədqiqatlara görə yeni simptonlar xüsusilə yaşlılara aiddir.

Həkim bildirib ki, koronavirusun digər əlamətləri olmayan xəstələrdə bu simptonlar müşahidə olunub:

"Ümumiyyətlə, COVID-19-da 3 əsas simptom var - qızıdırma, quru öskürək və tənəffüs boğulması. Ölüm riski daha çox olan yaşlı insanlarda isə bu əlamətlər müşahidə edilmir. Bu simptomların əvəzinə yaşlılar fərqli davranırlar.

Koronavirus faktı qeydə alınanlar həmişəkindən daha çox yatır və ya yeməkdən imtina edirlər. Diqqətləri yayınır və ətrafa əhəmiyyət vermirlər."


Müəllif: Aysel Azad

Oxşar xəbərlər