Hazırda koronavirusa qarşı peyvəndlər həyata keçirilmir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib:
"Bunun olmamasının səbəbi peyvəndin tapılmaması ilə əlaqədardır. İlk olaraq virus izolə edilir, tərkibi araşdırıldıqdan sonra, heyvanlar üzərində sınanılır. Müsbət nəticə verdikdən sonra könüllülər arasında tətbiq edilir. Əgər əks təsirlər olmasa, nəticələr qane edirsə, kütləvi olaraq tətbiq olunur".
Ramin Bayramlı qeyd edib ki, bütün bu proseslər izlənilir: "Konkret müalicə ilə bağlı yekun qərar yoxdur. Bizim özümüzün elmi statistik göstəricilərimiz var və yaxında nəşr ediləcək".