27 Aprel 2020 17:32
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhdudlaşdırıcı tədbirlər başlanan zaman ilk olaraq tədris müəssisələri bağlandı.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib:

"Bütün qərarlarda əsas olan vətəndaşların sağlamlığıdır. Yumşaldıcı tədbirlər arasında təhsil sektoru ilk sırada ola bilməz. Bu müddət ərzində bütün üsullardan istifadə edərək məzmunun şagirdlərimizə çatdırılması əsas məqsədimizdir.

Ehtiyac yaranarsa, dərslər yay aylarında da onlayn şəkildə tədris olunacaq. Ola bilər ki, növbəti tədris ilində dərslər məktəblərdə başlayacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər