29 Aprel 2020 16:15
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə 190 manat müavinətin verilməsi ilə bağlı müraciət edənlərə gələn imtina SMS-ləri gündəm mövzusu olub. İnsanlar evli olmadıqları halda evli olduqları, yaxud onların adına hansısa əmlakın olduğunun idda edildiyi mesajlardan şikayət edirlər.

Teleqraf.com xəbər verir ki, Əmək və Əhlalinin Sosial Müdafiəsi Naziriliyinin mətbuat katibi Fazil Talıbov sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib:

"Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər.

Əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər