1 May 2020 17:23
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə təhsilini tamamlayıb, ölkəmizə gətirilən həkimlər 2 həftədir iş başındadır. Onlar Bakı şəhərindəki xəstəxanalarda fəaliyyət göstərirlər.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı deyib:

"May ayının 3-dən etibarən onlar Gəncə şəhərinə göndəriləcəklər. Eyni təlimlər davam edəcək. Görülən işlər barəsində mütəxəssislərin rəyi müsbətdir".

O bildirib ki, ötən həftədən 1542 çağrı mərkəzi fəaliyyət göstərir: "Koronavirus xətti üzrə 2771, Psixoloji xətt üzrə 9061 zəng daxil olub. 70 nəfərə yaxın psixoloq cəlb olunub çağrı mərkəzinə.

Eyni zamanda 10 modul tipli xəstəxananın tikintisi davam edir. İlk xəstəxana gələn həftədən Bakıda istifadəyə veriləcək. Təlimlərsə davam edir".

Ramin Bayramlı bildirib ki, virusa yoluxma sürəti və sağalma nəzərə alınmaqla karantin yumşaldılması tədbirləri tətbiq edilir: "Məhdudiyyətlərin yumşaldılmasında risklər nəzər alınaraq, zonalar müəyyən edilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər