4 May 2020 14:43
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zirə qəsəbəsində bir ailə SSRİ-nin ən qüdrətli rəhbərlərindən biri, qəddar diktator İosif Stalinin heykəlini uzun illərdir ki, mühafizə edərək, həyətində saxlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov bildirib.O, özü şəxsən Stalinin abidəsini ziyarət edib.

Ədalət Abdinovun sözlərinə görə, Zirə qəsəbəsində yaşayan Məmmədovlar ailəsi Stalinin abidəsini 1964-cü ildən öz şəxsi evlərinin həyətyanı sahəsində qoruyub saxlayırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər