Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclasında həkimlərin sosial təminatı, təbliğat qaydaları, şəffaflıq məsələləri müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Fondun vəsaitlərinin hansı istiqamətdə xərclənməsi prezidentin 19 mart fərmanında qeyd olunub. Bu tibb işçilərinin mükafatlandırılması, tibb sahəsində elmi tədqiqat işlərinin aparılması, tibb müəssisələrinin ehtiyaclarına xərclənməsini nəzərdə tutur. Növbəti iclasda konkret istiqamətlər üzərində qərarlar qəbul olunacaq"