Bu gün Azərbaycanda 3 nəfər koronavirusdan vəfat edib.
Publika.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Məlumata görə, son 24 saatda 143 yeni yoluxma faktı qeydə alınıb. 44 nəfər müalicə olunaraq sağalıb, evə buraxılıb.
İndiyə qədər 188 950 test olunub, bu gün isə 7420 test edilib. Ümumi yoluxanların sayı 2422-yə çatıb, 31 nəfər vəfat edib. Ümumi sağalanların sayı isə 1620 nəfərdir.