Pandemiyanın pik dövrünü hələ müəyyən etmək çətindir, bunu yalnız geriyə baxaraq görmək olar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabinetinin yanındakı Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bütün ölkələr ikinci dalğaya hazırlıq görür: “Bundan sonra Azərbaycanda kiçik-kiçik piklər görə bilərik. Lakin yeni dalğadan qorxmaq lazım deyil. Biz bunun baş verəcəyini proqnozlaşdırırdıq. Böyük dalğalarla müqayisədə kiçik dalğalarla mübarizə aparmaq asandır.
Bütün ölkələr, o cümlədən, Azərbaycan buna qarşı tədbirlər görür. Bayram günləri və həftə sonların müəyyən məhdudiyyətlərin ola biləcəyi də buradan qaynaqlanır”.