13 May 2020 17:55
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə fəaliyyət göstərən səfirlik və konsulluqlar ilk olaraq Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayırlar.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

"Nazirlik onlara müvafiq yardımları göstərir. Onlara vətəndaşlarının təxliyyəsi üçün hər şərait yaradılır".

PA rəsmisi Hikmət Hacıyev əlavə edib ki, Prezidentin tapşırığı ilə ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları üçün pulsuz testdən keçməyə şəraiti yaradılıb və onların ehtiyac duyduğu tibbi ləvazimatlar ianə olaraq onlara verilib:

"Ölkəmizdə fəaliyyət göstərən diplomatik konsulluqlar üçün hər şərait yaradılıb. Onların əməkdaşlarının xidməti funksiyalarını həyata keçirmək üçün ölkəmizə gətirilməsinə şərait yaradılıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər