Xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımız arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Bu, çox xoş haldır və onların karantin rejiminin qaydalarına riayət etmələrinin göstəricisidir. Xarici İşlər Nazirliyinə də bununla bağlı məlumat daxil olmayıb".