2 Oktyabr 2014 21:50
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Teleqraf.com TQDK-nın saytına istinadla xeber verir ki, qəbulda Naftalan şəhər sakinləri ilə yanaşı Mingəçevir və Goranboy şəhər sakinləri də iştirak edə bilərlər.

Qəbul sentyabrın 11-də saat 11:00-da Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına (eservices.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələridirlər.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Naftalan, Mingəçevir və Goranboy şəhər təhsil şöbələrinə, eləcədə TQDK-nın Gəncə Regional Bölməsinə müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

NİGAR


Müəllif: