Sahilboyu ərazilərdə və digər rayonlarda çirkab suların qeyri-düzgün idarəsi müşahidə olunur. Bununla bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti layihələr həyata keçirir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, xüsusilə, Abşeron yarımadası və Sumqayıtətrafı ərazilərdə iaşə obyektlərinə çirkab suların idarəsi ilə bağlı dəfələrlə xəbərdarlıqlar olunub: "Müəssisələrdə müvafiq təmizləyici qurğuların quraşdırılması proesesi yay mövsümü ilə əlaqədar olaraq davam etdirilməkdədir".
O qeyd edib ki, Bakı, Sumqayıt və digər böyük şəhərlərdə iaşə obyektlərində təmizləyici qurğuların filtrlərinin dəyişilməsi müsbət dinamikada gedir.