Abel Məhərrəmov: “550-yə yaxın iştirakçının öz ölkələrində Forum haqqında çıxışı Azərbaycanın təbliği deməkdir”
Abel Məhərrəmov 4-cü Humanitar Forumun çay fasiləsi zamanı mətbuata açıqlama verib.
“Bildiyiniz kimi 4-cü Humanitar Forumun 2-ci günüdür. Dünən H.Əliyev Mərkəzində Humanitar Forumun açılışı oldu və Cənab prezidentimiz İlham Əliyevin tarixi çıxışı etdi. Azərbaycan artıq humanitar bir məkana çevrilib. Dünənki açılışdan sonra bu gün 8 bölmədə ayrıca dəyirmi masalarda alimlərin çıxışı təşkil edilib. Bunlardan biri də BDU timsalında ali təhsil ocaqlarında təhsil uğurlarının elmi uğurlarla balanslaşdırılması məsələsi müzakirə edilib. BDU ilə bağlı bölmədə 14 ölkədən 20-yə yaxın nümayəndə var. İçərilərində “Nobel” mükafatı almış 3 alim də iştirak edir”.
Teleqraf.com-un xəbərinə görə, A.Məhərrəmov Azərbaycanda elmin inkişaf etdiyini deyib: “Elmə sərmayə təhsilə nisbətən daha çox ayrılır və nəticə birtərəfli inkişaf gedir, elmi uğurlar daha çox qazanılır. Son zamanlar təhsil uğurları elmi uğurlardan geri qalır. Burda da əsas olaraq üfiqi və şaquli istimaqamətdə müzakirə mövzumuz elmlə təhsili paralel necə inkişaf etdirə bilərik?
Bunu BDU timsalında müzakirəmiz , fənlərarası innovativ əlaqəni genişləndirmək, tələbə və şagirdləri bağça təhsilindən ta ki, ali təhsil dövrünə qədər fənlərarası əlaqəni daim təmin etmək və bu prosesi nəzarətdə saxlamaq gərəkdiyini düşünürük.
Keçən forumlara qatılmış və indi yenidən forumda iştirak edən bəzi xarici qonaqlar, qeyd edillər ki, Azərbaycan nəinki Cənubi Qafqazda bütün dünyada nə qədər sürətlə inkişaf etdiyini sübut edir. Biz düşünürük ki, 4- cü Forumun nə qədər əhəmiyyətli olduğu, bir çox sahələrdə özünü biruzə verəcək.
Dünyanın 65 ölkəsindən 550-yə yaxın Forum iştirakçısı var, onların hər birinin öz ölkələrində bu Forum haqqında çıxışı belə, Azərbaycanın təbliğatı deməkdir.”