3 Oktyabr 2014 21:59
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə “Ailə, məktəb və cəmiyyət” adlı layihəsi çərçivəsində Bakı şəhərinin orta məktəblərində tədbirlər davam etdirilib.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Qaradağ rayonunda yerləşən 106 saylı orta məktəbdə rayonun məktəb, lisey psixoloqlarının iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Komitənin “Ailə Problemləri” şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov bu tipli layihələrin keçirilməsinin önəmindən bəhs edib. Komitə tərəfindən müxtəlif istiqamətlərdə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirildiyini bildirib. Bu cür layihələrin orta məktəblərində keçirilməsinin əsas məqsədinin valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilmək və daha səmərəli təşkil etmək olduğunu qeyd edib.

Daha sonra çıxış üçün söz Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəlliməsi, psixoloq Vəfa Kərimovaya verilib. O, müasir dövrdə məktəb psixoloqlarının üzərinə böyük öhdəliklərin düşdüyünü, bu peşənin məsuliyyətli həmçinin çox vacib olduğunu qeyd edib. Tədbir iştirakçılarına ailənin psixoloji iqliminə təsir edən amillər, valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması mövzuları haqqında geniş məlumat verilib

Slayd şou vasitəsi ilə təqdimat edildikdən sonra tədbir iştirakçıları ilə müzakirələr aparılıb.
Sonda qonaqlara Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri təqdim edilib.

İlhamə


Müəllif: