29 May 2020 18:26
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində koronavirusa yoluxma halları sağalanların sayını üstələyir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Ağır xəstələrimizin sayı artsa da, ölüm hallarında artım müşahidə olunmur. Son üç həftə ərzində 9 nəfər dünyasını dəyişib", - deyə TƏBİB sədri qeyd edib.

Ramin Bayramlı vurğulayıb ki, ötən həftə ilə müqayisədə, qadınlar arasında 54 faiz, kişilər arasında isə 46 faiz yoluxma faktı qeydə alınıb:

"Yoluxmada artım müşahidə olunur. Sanitar-epidemioloji vəziyyət və ÜST-ün tövsiyələrinə görə, ölkə ərazisində xüsusi karantin rejimi 15 iyunadək uzadılıb. Operativ Qərargahın tibbi bölməsi olaraq aparılan statistika göstərir ki, vətəndaşlarımızın məsuliyyəti bundan sonrakı yoluxmaları müəyyən edəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər