30 May 2020 19:53
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb bölgəsində ucqar kəndlərə yağış yağıb, dolu düşüb.

Teleqraf.com xəbər verir ki, günorta saatlarından başlayaraq bölgənin bəzi ucqar kəndlərində yağıntılı hava şəraiti müşahidə edilir.

Güclü yağış sonradan bir neçə dəqiqə dolu ilə əvəz olunub. Dolu Daşkəsən, Göygöl, Gədəbəy rayonlarının ucqar kəndlərində meyvə ağaclarına və əkin sahələrinə zərər vurub.

Hazırda bölgənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edir.


Müəllif: Teleqraf.com