9 İyun 2020 19:27
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə ərzində koronavirus xəstələrinin sayında artım müşahidə edilib. İyunun 1-dən 7-dək 2 059 nəfər virusa yoluxub. Yoluxma sürəti narahatedicidir.

Teleqraf.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, əgər ciddi nəzarət olmasa səhiyyənin üzərinə ağır yük düşə bilər:

“Sağalanlarla yoluxanların sayı narahatedicidir. Son 10 günün müşahidəsi onu göstərdi ki, aradakı fərq arzuolunan səviyyədə deyil”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər