11 İyun 2020 17:27
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava uçuşlarının bərpası mart ayının 15-dən başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bu günükü brifinqində deyib:

"Bu müddət ərzində 13005 nəfər ölkəmizə gətirilib. 12851 nəfər isə Azərbaycandan öz vətəninə qayıdıb.

Bu müddətdə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar hazırlanıb və təsdiqlənib.

Aşağıdakı tədbirlər tətbiq olunacaq:

- Yalnız yola salınacaq sərnişinlərin terminal binasına daxil olmasına icazə veriləcək.

- Sərnişinlər dezinfeksiyaedici ilə dəhliz vasitəsilə dezinfeksiya olunacaqlar.

-Sərnişinlərə tibbi maska ilə girişə icazə olacaq, maskası olmayanlara maska veriləcək.

-Sərnişinlərin temperaturu yoxlanılacaq, yüksək temperaturu olanlar buraxılmayacaq.

-Qeydiyyat prosesini müstəqil qeydiyyat şöbəsində də həyata keçirmək mümkündür. Qeydiyyat prosesindən saytda onlayn rejimdə keçirilməsi tövsiyə olunur.

-Sərnişinlərin baqajları dezinfeksiya olunacaq və üzərinə etiket vurulacaq.

-Sərnişinlərin zonaya daxil olması sonuncu sıradan başlayacaq.

-Sərnişinlərə qoruyucu vasitələr dəsti təqdim olunacaq.

-Tualetdən başqa sərnişinlərə zalda gəzməyə icazə verilməyəcək.

-Sərnişinlərə qida veriləcək.

-Sərnişinlərə birdəfəlik qulaqlıqlar xaric, yastıq və adyal verilməyəcək".

O bildirib ki, H.Əliyev Aeroportuna gələn sərnişinlərə bunlar tətbiq ediləcək:

"-Sərnişin yoxlanışdan keçiriləcək.

-Xəstəlik aşkar edilənlər tibbi yardım vasitəsilə xəstəxanaya göndəriləcək.

-Test nəticəsi mənfi olan sərnişinlərin əlində 48 saat etibarlı olan etiket vurulacaq. Bu şəxslərin sosial məsafəsinin qorunmasına diqqət olunacaq.

-Sərnişinləri qarşılayan şəxslər terminala daxil ola bilməyəcək".

O əlavə edib ki, paralel olaraq hava limanında dezinfeksiya işləri aparılır: "Reyslərdə qida təminatı normalar əsasında həyata keçiriləcək. Zallarda hepafiltrləri mütəmadi həyata keçiriləcək"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər