12 İyun 2020 17:51
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcazələr sistemi ilk dəfə aprelin 3-də tətbiq olunmağa başladı.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu günükü brifinqdə deyib:

"Bu dövrdə ilk həftə ərzində 40 minə yaxın əmək müqaviləsinin bağlanmasının şahidi olduq. Ümumi 70 minə yaxın əmək müqaviləsi qeyd olundu.

İcazələr zamanı işçinin əmək müqaviləsinin olub-olmaması qeyd edilməlidir".

Onun sözlərinə görə, əmək müqaviləsi olmayanların icazəsi qeydə alınmayacaq: "Bu qeyri-formal məşğulluğun aradan qaldırılmasına təkan verdi".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər