Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, məhdudiyyətlərin mövcud olduğu müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, sənəd qəbulunun bərpası və seçmə prosedurunun davam etdirilməsi ilə əlaqədar əlavə məlumat veriləcək.