Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 20-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün ölkədə 5574 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 167 nəfəri reanimasiyada, 36-i isə süni tənəffüs cihazındadır. Dünən reanimasiyada olan xəstələrin sayı 158 nəfər olub.
Qeyd olunub ki, bu gün 6627 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 417 102 test aparılıb.