Rayonlarla gediş-gəliş məhdudlaşdırılsa da, bir sıra avtomobillər xüsusi karantin rejimi qaydalarını pozaraq Bakıdan çıxmağa cəhd göstərib.
Teleqraf.com xəbər verir ki, rayonlara üz tutmaq istəyən avtomobillər sırasında AA seriyalı nəqliyyat vasitəsi diqqət çəkib.
90-AA-181 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobilin müvafiq icazə olmadan karantin postundan keçmək cəhdinin qarşısı alınıb və postdan geri qaytarılıb.